Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Bəlkə məsum, səfil insanların haqqına girməyiniz bəsdir?!

Ölkədə vətəndaş hüquqlarının açıq-aşkar və intensiv şəkildə pozulduğu dövrü yaşayırıq. Hakimiyyət ölkəni fəlakətə sürükləyən problemlərin həllinə deyil öz şəxsi maraqlari naminə hakimiyyətlərini daha da gücləndirmək üçün mənimsedikləri oğurluq pulların həcmini daha da genişləndirmək üçün ölkəni hələ uzun müddət əsarətdə saxlamaq niyyətlərindən Konstitusiyaya yeni bir dəyişiklik etmək fikrinə düşüblər. Sözsüz ki, bu hakimiyyətin əvvəlcedən hazırladığı plandır. Ölkedə əsaslı islahatlar aparmaq adından istifadə edərək Referendumun keçirilməsini vacib hesab edirlər. Qeyd edək ki, bundan əvvəl də Konstitusiyaya 2 dəfə dəyisiklik edilib. Artiq bu ücüncü olacaq. Referendumda göstərilən müddəaların heç biri əsaslı şəkildə xalqın hüquqlarının genişlənməsinə xidmət etmir. Bu müddəaların bir qisminə baxaq. Prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə qədər uzadilması. Prezidentə növbədənkənar Prezident seçkisi təyin etmək səlahiyyətinin verilməsi və Prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılması.ragif-3-1

Təklif olunan dəyişikliklər arasında vitse-Prezidentlik postunun yaradılması da var. Prezident Parlamenti buraxa bilər və növbədənkənar Prezident səçkisi təyin edə bilər. 7 il əvvəl 2009-cu ildə Konstitusiyaya edilən dəyişiklik Prezidentin ömürlük seçilməsinə imkan yaradib. Aydın görünür ki, Konstitusiyaya edilməli olan dəyişikliklərlə bağlı təklif hakim ailənin hökmranlığını uzatmağa hesablanıb.

Bu cür təkliflər Azərbaycan xalqını addım-addım Vətənin müqəddaratının təyinatı məsələsindən uzaqlaşdırır. Bu hakimiyyətin bir məqsədi var ki, nə qədər neft qurtarmayıb hakimiyyəti əllərində daha sərt cəmləsinlər və qazandıqları pulları öz şəxsi hesablarına rahat keçirsinlər. Hakim rejim ölkədə əsaslı islahatların aparılacağını deyir. İlk növbədə onu demək lazımdır ki, bu əsaslı islahatlar indiyə kimi niyə aparılmırdı. Referendumun islahatlarla nə bağlılığı var. Ölkədə islahat aparmaq və dövlətin sosial-iqtisadi inkişafinin təmin olunması üçün Referendumun keçirilməsi çox zəruridir görəsən? Əgər əsaslı islahatların başında siyasi azadlıqlarIn təmin edilməsi, iqtisadi azadlıqların verilməsi, korrupsiyaya qarşı ciddi mübarizə aparılması, müstəqil məhkəmələrin formalaşdırılması, monopoliyaların ləğv edilməsi dayanır. Əlbəttə ki, bütün bunlar ölkəni illərdir talayanlar üçün zərərli siyasətdir.

Öz hakimiyyətini rəqiblərini sıradan çıxarmaq üzərində quran hökumətə müstəqil məhkəmə sistemi axı niyə lazımdır? Siyasi azadlıqların mövcud olması niyə lazımdır? Monopoliyalar axı niyə ləğv olunsun? Əgər islahatlar aparıb müstəqil məhkəmə sistemi, siyasi azadlıqlar mövcud olarsa, müxalif mövqeli insanlar üçün geniş imkanlar, yollar açilar. Belə olan halda müxalif fikirli insanlar televəziyalarda, mediada müstəqil çixişlar edə bilər, istədikləri yerdə mitinqlər kecirə bilərlər.

Monopoliyalar ləğv olunarsa hamı ölkəyə istədiyi qiymətə istədiyi məhsulu gətirəcək. Belə olan halda isə ölkədə bütün sahələrə, iş adamlarına nəzarət əldən çıxacaq. Katastrofik gömrük gəlirləri birbaşa ciblərinə axır. Sizcə, o gəlirlərdən məhrum olmaq zərərli siyasət deyil? Yəni hakimiyyət dırnaqarası əsaslı islahatlar keçirməklə ciblərinə axan milyardlardan vaz keçərək, xalqın rifahi və ölkənin inkişafı üçün qətiyyətli addımlar atacaq? Bəlkə bəsdir bu qədər milyardlar, bu qədər haram pullar. Bəlkə məsum, səfil insanların haqqına girməyiniz bəsdir?!

Əliyevlərin 23 illik hakimiyyətdə olduğu dönəmdə xalqın rifahının yaxşılaşdırılması, insan hüquq və azadlıqlarının bərqərar edilməsi istiqamətində hər hansı ciddi addımların atılmadıgınI artıq indi hər kəs, təhsili olmayan adi insanlar da bilir. Çünki bu hakimiyyət xalqini əsarət altinda saxlamaq və hakimiyyətlərini qoruyub saxlamaq üçün demokratiyadan tam uzaq bir yol tutub. Demokratiyadan uzaq qalan idarəçilik sistemi milli dəyərlərimizi, milli mənafelərimizi hədsiz dərəcədə zərbə altına alıb. Bu gündən belə hansısa ümidverici nə isə yoxdur ki, Azərbaycan insanında əhval ruhiyyəni dəyişsin. 23 il əsarət altında qalan xalq dəfələrlə öz sözünü demək istəsə də döyülüb, həbsə atilıb, təhqir olunub, təqib edilib və hətta öldürülüb. Bu rejimə inamını itirmiş xalq isə susur. Xalqın susqunluğu, ölkədə baş verənlərə biganə münasibəti hakimiyyətin “xalq bizi dəstəkləyir” təbliğatı aparmasına imkan yaradir. Yəni susmaq razılıq əlamətidir prinsipindən çixiş edirlər. Amma reallıq budur ki, ölkədə artıq narazılıq kütləviləsməyə dogru gedir və hakimiyyətə qarşı nifrət hədsiz böyüyür. Hami başa düşür ki, bir qrup adamın varlanmasI üçün milyonlarla insan səfil vəziyyətə salınıb.

Hakimiyyət də bu narazılığı görür və 1-ci devalvasiyadan sonra start götürmüs “islahat aparmaq” təbligatı da buna hesablanıb. Lakin yenə də məlum oldu ki, hökümətin bu təbliğatı da, yaradılan yeni qurumlar da, antiböhran tədbirləri də görüntü xarakteri daşıyırmış. Məqsəd isə xalqın başının altına yastıq qoymaq və vaxt udmaqdır. Belə bir məqamda da Konstitusiyaya daha da mürtəce dəyişikliklərə start verdilər. Vətəndas cəmiyyəti Referendum qərarını da hakimiyyətin növbəti oyunu kimi qiymətləndirdi. İndi hakimiyyət cəmiyyəti növbəti dəfə aldatmağa start verib.

Media-fakt.info                                                                                                                 Raqif  Məlikov

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir