Ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada üsyançı husilərin mövqelərinə növbəti dəfə zərbələr endirib.
Bu barədə “Əl-Məyadin” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr paytaxtın şərqindəki “Əl-Həfa” hərbi düşərgəsinə endirilib. İtkilər barəsində məlumat verilmir.
Qeyd edək ki, Yəməndə hökumət qüvvələriilə üsyançı “Ənsar Allah” hərəkatı arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2015-ci ilin martından qarşıdurma daha da aktib fazaya keçib.(Report)