Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Human Rights Watch İlqar Məmmədovla bağlı Twitter kampaniyasına başlayıb

ilqar-mammadov-300x196Human Rights Watch təşkilatı #FreeThem,#ilgarMammadov hashtag-ları ilə ReAL Hərəkatının sədri Ilgar Mammadovun azadlığa buraxılmasına çağırış edən Twitter kampaniya başlayıb. Kampaniya oktyabrın 14-dək davam edəcək. İlqar Məmmədov barədə Twitter kampaniyası Avropa Şurası Parlament Assambleyasının sessiyası günlərinə təsadüf edir.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. O 7 il azadlıqdan məhrum olunub. 2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılmasına çağırıb. Buna baxmayaraq İlqar Məmmədov azadlığa buraxılmayıb.

Avropa Şurası Nazirlər Komitəsi 20-21 sentyabr iclasında İ.Məmmədovun azadlığa buraxılmaması ilə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının pozulduğunu etiraf edib.

Nazirlər Komitəsi Bakının AHİM-in qərarının icrasından imtina etməsini müzakirə edərək İ.Məmmədovun azadlığa buraxılmamasını AİHM-in qərarlarının məcburi icrasını tələb edən Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 46.1-ci maddəsinin pozulması kimi qiymətləndirib.

Komitə Azərbaycan hakimiyyətini öz öhdəliklərini könüllü yerinə yetirməyə çağırıb.

Bu il noyabrın 18-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun kassasiya şikayətinə yenidən baxılacaq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir