Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Siyasət

Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının Ermənistan Silhalı Qüvvələrinin Azərbaycan mövqelərinə hücumu ilə bağlı BƏYANATI.

 23 il əvvəl, 1993-cü ilin aprel ayında Ermənistan Respublikası Silhalı Qüvvələri Rusiyanın dəstəyinə arxalanaraq Azərbaycan Respublikasının Kəlbəcər rayonundan başlayaraq 5 ay ərzində Azərbaycan Respublikasının 20% ərazisini işğal etmişlər. Bu tarixdən 23 il keçdikdən sonra yenidən 02 aprel 2016-ci il tarixdə Ermənistan Respublikası Silhalı Qüvvələri gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə məruz qoyub. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb.12952717_1014442068621249_1619093725_o (1)

Ermənistan Respublikası Silhalı Qüvvələrinin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşi nəticəsində mülki əhali arasında itkilər var. Ermənistan Respublikası Silhalı Qüvvələrinin təxribatnı dəf edərkən Azərbaycan ordusunun 16 nəfər hərbiçisi həlak olub.

Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarını xatırladaraq dünya birliyini təxribatçı hərəkətlərə son qoyulması üçün Ermənistana təsir göstərməyə çağırır.

Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi BMT, Avropa Şurası, Avropa Parlamentinin müvafiq qətnamə və sənədlərində əks olunub.

Dağlıq Qarabağ münaqişəsinin davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır.

Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platforması hərbi əməliyyatlarınqarşısının alınmasının, regionda davamlı sülh və əmin-amanlığın bərqərar olması üçün beynəlxalq birliyi, BMT, ATƏT, ATƏT-in Minsk Qrupunu, Avropa İttifaqı, Avropa Şurasını Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunması üçün səylərini artırmağa çağırırıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir