Avropa Birliyi üzv ölkələrinin daimi nümayəndələri sentyabrın 7-də keçirilən iclasda Rusiya və Ukrayna vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyaların müddətini daha altı ay artırıblar.
“Daimi Nümayəndələr Komitəsi (Coreper) Şurası AB-nin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa istiqamətlənmiş addımlarla əlaqədar məhdudiyyət tədbirlərinin daha altı ay müddətinə uzadılması niyyətini təsdiqləyib. Bura 146 nəfərin və 37 hüquqi şəxsin səfərlərinə qadağa və aktivlərinin dondurulması daxildir”, – deyə xəbərdə deyilir.