Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts AXCP sədri Əli Kərimli ilə görüşüb. Redaksiyamıza bu barədə məlumat AXCP mətbuat xidmətindən daxil olub.
Məlumatda deyilir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, son günlərdə ictimai-siyasi fəalların, o cümlədən AXCP üzvlərinin qondarma ittihamlarla həbs olunması, hakimiyyətin represiyyaları yenidən gücləndirməsi müzakirə mövzusu olub. Görüşdə həmçinin əvvəlki siyasi məhbusların taleyi, AXCP sədrinə qarşı başlanmış qərəzli böhtan kampaniyası, referenduma çıxarılan konstitusiya dəyişiklikləri də müzakirə olunub.