Yazıçı Əkrəm Əylisli Bakı hava limanında saxlanılıb.
O, bu gün səhər Venesiyada 30 mart – 2 aprel tarixlərində keçirilən “Incroci Di Civilta” Beynəlxalq ədəbiyyat festivalında iştirak etmək üçün ölkədən çıxmaq istəyib. Əkrəm Əylisli saat 5:11-də 613 saylı reyslə uçmalı idi. Amma sərhədçilər onun ölkədən çıxışına qadağa qoyulduğunu bildiriblər. Həyat yoldaşı Qalina Əylislinin “Turan” agentliyinə bildirdiyinə görə, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib.