Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

”Natiq Cəfərli İlham Əliyevin göstərişilə həbs olunub”

”Onun həbsi demokratiya və insan haqlarını prioritet sayan ABŞ və Avropa Birliyi ölkələrinin dəyərlərə sadiqliyi məsələsini imtahan qarşısında qoyur”
“Natiq Cəfərli prezident İlham Əliyevin göstərişilə həbs olunub”.

Bu barədə “Respublikaçı Alternativ” (REAL) Hərəkatının avqustun 13-də həbs olunan icra katibi Natiq Cəfərlinin həbsi ilə bağlı yaydığı bəyanatda deyilir.

REAL hesab edir ki, N.Cəfərliyə qarşı sürülmüş ittihamlar tamamilə əsassız və siyasi motivlidir.

“O, dərhal və qeyd-şərtsiz azadlığa buraxılmalıdır”, – deyə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, N.Cəfərlinin həbsi, REAL-ın sentyabrın 26-da keçiriləcək referendumla bağlı hazırlıq prosesinin, partiyalaşmasının və siyasi fəaliyyətinin qarşısını ala bilməyəcək.

N. Cəfərli REAl-ın “Respublikaçı Alternativ” Referendum Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsidir.
Bəyanatda həmçinin qeyd olunur ki, N.Cəfərlinin həbsi demokratiya və insan haqlarını özünün maraq və prioriteti sayan ABŞ və Avropa Birliyi ölkələrinin dəyərlərə sadiqliyi məsələsini imtahan qarşısında qoyur.
“Yaranmış şəraitdə onlar bəyan etdikləri dəyərlərə həqiqətən də sadiq olduqlarını yalnız insan haqlarını pozanlara, demokratiyanı boğanlara qarşı sanksiyalar tətbiq etməklə sübut edə bilərlər”,- deyə bəyanatda deyilir.

 

T

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir