Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət Gündəm İctimai Siyasət Sosial-iqtisadi Xəbərlər

İlham Əliyevin korrupsiyası ölkəni yeyir

Milli Şuranın sədri, professor Cəmil Həsənli

Bu günlərdə Mədəniyyət Nazirliyinin rəhbər işçilərinin məhkəmə prosesində maraqlı korrupsiya şəbəkəsi aşkar oldu. Nazir müavini Rafiq Bayramov bu şəbəkəni belə təsvir edib:

Yerli idarələrin müdirlərinin çatdırdığı aylıq haqq (haqqa bax a?) bu və ya digər rayonda yerləşən musiqi məktəblərinin, orada işləyən müəllimlərin sayından asılı olub. Məsələn, Sumqayıt regional mədəniyyət idarəsinin rəisi ayda 10-12 min, Xaçmaz regional idarəsinin rəisi ayda 4 min, İsmayıllı regional idarəsinin rəisi ayda 15 min, Kürdəmir regional idarəsinin rəisi ayda 7-9.5 min , Ağstafa regional idarəsinin rəisi ayda 2 min, Şəmkir regional idarəsinin rəisi ayda 10-13 min, Gəncə regional idarəsinin rəisi ayda təxminən 12 min, Ağdaş regional idarəsinin rəisi ayda təxminən 2 min, Biləsuvar regional idarəsinin rəisi ayda təxminən 1-2 min, Masallı, Sabirabad və Lənkəran regional idarələrinin rəisləri ayda təxminən 500 manat veriblər.

Ağcabədi regional idarəsinin rəisi ayda təxminən 8 min, Bərdə regional idarəsinin rəisi ayda təxminən 5 min manat, Şəki regional idarəsinin rəisi ayda təxminən 2 min göndərib. Beləliklə, regional idarələrin rəislərindən yığılan aylıq haqq təxminən 60-65 min manat təşkil edib. Bunu da ilə vuranda 720-780 min manat pul edir. Yalnız bir istiqamət üzrə rüşvət, “otkat”, korrupsiya bax belə şaxələnib. Əgər Mədəniyyət Nazirliyi bu gündədirsə, görün mədəniyyətdən kənar nazirliklər hansı acınacaqlı vəziyyətdədir. İlham Əliyevin şəbəkələşdirdiyi korrupsiya ölkəni içindən yeyir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir