Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

„DAS“ təşkilatı Almaniyada daha bir etiraz aksiyası etdi.

09 İyul-də DAS (Demokratik Azərbaycanı Seç)  təşkilatının fəallarının təşkilatçılığı ilə Almaniyanın Berlin şəhərində ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın və Azərbaycanın Almaniyadakı səfirliyinin önündə „  fəallarının təşkilatçılığı ilə “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələblərilə mitinq keçiririblər. Bu haqqda saytımıza məlumatı  aksiya iştirakılarından biri  Elçin Qasımov məlumat verib.   

E.Qasımovun sözlərinə görə,   Son illər ölkədə siyasi məhbusların sayı davamlı olaraq 100-dən artıq olmaqla müşahidə olunur. Bütün dünyanı bürümüş COVİD-19 pandemiyası zamanı da Azərbaycan hakimiyyəti öz ənənəsinə sadiq qalaraq hökumətin fəaliyyyətini tənqid edənləri, normal şəkildə media fəaliyyəti həyata keçirmək istəyənləri, sosial problemləri işıqlandırmaq istəyənləri, insanlara yardım etmək istəyənləri həbsə məhkum edir və ictimai narazılığın artmasını repressiv yolla almağa çalışır. Təkcə onu qeyd etmək olar ki, Pandemiyadan qorunmaq üçün tətbiq edilən məhdud fəaliyyət dövründə 20-dən artıq şəxs həbs edilmiş, onların bir neçəsinə cinayət işi açılmış və bir neçə nəfərə işgəncə verilmişdir.   Aksiyamızın məqsədi bu problemləri gündəmdə saxlamaqdır və tələblərimiz:

·       Azərbaycan hakimiyyəti COVİD-19 epidemiyası zamanı və ondan əvvəl həbs edilən, barəsində saxta ittihamlarla cinayət işi açılan siyasi məhbusların hamısı azad edilsin;

·       Saxlanılan şəxslərə qarşı işgəncə hallarına son qoyulsun;

·       Saxlanılan şəxslərin vəkillərilə və ailələrilə sərbəst görüşməsinə icazə verilsin;

·        Saxlanılan şəxslərin sağlıq durumuyla bağlı ictimaiyyətə məlumat verilsin;

·       Siyasi təzyiqlərə, təqiblərə, həbslərə – bütövlükdə repressiyalara son qoyulsun;

·       Tələbimiz üzərində  Azərbaycan hökumətinə edilən müraciətlər haqqında bizə də məlumat verilsin;

 Mitinq iştirakçıları mitinq sonunda müraciətlərini və tələblərini ABŞ-in Almaniyadakı səfirliyinin, Avropa Birliyinin Almaniyadakı nümayəndəliyinın, Almaniyanın Xarici İşlər Nazirliyinın nümayəndələrinə təqdim ediblər. 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir