Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

ÜST koronavirusla bağlı sınaqları dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırıb.

Bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.

“İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bununla yanaşı, dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmaqda davam edir”, – baş direktor qeyd edib. (Trend)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir