Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Müsavat partiyasının qәrargahı mühasirәdәdir

 Müsavat partiyasının qәrargahı cümə günü mühasirәyә alınıb, polislәr binaya girmәyә imkan verməyiblər.

Bu barәdә Turana danışan Müsavat partiyasının mәtbuat xidmәtinin rәhbәri Mustafa Hacıbәyli deyib ki, belә vәziyyәt әn azından bir gün davam edәcәk. “Bizә bildirilib ki, qәrargaha gәlmәk mәslәhәtli deyil vә girmәyә icazә vermirlәr. Lakin binada bir neçә nәfәr var”.

Hacıbәyli bildirib ki, onun özünü dә bu gün Әdliyyә Nazirliyinin Binәqәdi Rayon İcra vә Probasiya Şöbәsinә çağırıblar. “Qәrargahda Hәmrәylik Marafonu keçirilәrkәn polis gәlәndә telefonuma zәng gәlib vә mәni tәcili İcra vә Probasiya Şöbәsinә çağırdılar. Orada barmaq izlәrimi götürdülәr. Vәkillәrim isә deyir ki, bu şöbәnin belә sәlahiyyәti yoxdur. Qayıdanda isә mәni qәrargaha buraxmayıblar”.

Hacıbәyli hesab edir ki, onun İcra vә Probasiya Şöbәsinә çağırılması da Hәmrәylik Marafonu ilә bağlıdır.

Xatırlatma

“Repressiya vә İşgәncәlәr әleyhinә Komitәsi” iyun 28-dә keçәn ilin sonundan bu günә qәdәr aksiyalarda iştirak edәn vә cәrimәlәnәn fәallara dәstәk mәqsәdilә Hәmrәylik Marafonunu tәşkil edib. Lakin Binәqәdi Rayon Polis İdarәsinin әmәkdaşların müdaxilәsindәn sonra marafonun keçirilmәsinә imkan verilmәyib. Azәrbaycan Xalq Cәbhәsi Partiyasının sәdri Әli Kәrimli polis tәrәfindәn saxlanılıb, lakin 1 saatdan sonra xәbәrdarlıq edilәrәk sәrbәst buraxılıb.

Mustafa Hacıbәyli mәhkәmәnin qәrarı ilә fevralın 21-dә 5 il 6 ay şәrti azadlıqdan mәhrum edilib. O, 2018-ci ildә Gәncә baş verәn hadisәlәrә aid olan mәqalәlәri yaymasına görә, AR CM-nin 281.2, 309.2 və 313-cü maddələri ilə təqsirli bilinib. 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir