Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Devalvasiya Azərbaycan iqtisadiyyatını 30 il geri salıb

ADR sədri, iqtisadçı alim Qubad İbadoğlu

Devalvasiya Azərbaycan iqtisadiyyatını 28,5 il geri salıb.

Əgər ÜDM-in artım tempi indiki sürətlə davam edərsə və milli valyuta ABŞ dollarına nisbətdə hazırkı məzənnəni saxlayarsa, bu halda Azərbaycan iqtisadiyyatı 2014-cü il səviyyəsinə 23,5 ildən sonra çata bilər. Nəzərə alsaq ki, devalvasiyadan 5 il ötüb, onda itkilərin bərpası üçün 28,5 il lazım gələcək.

Bu ilin 1-ci rübünün nəticələrinə görə ABŞ-da Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 3,2 faiz artıb. ABŞ-ın ÜDM-i 2018-ci ildə 19,4 trillion dollar olub, onun 3,2 faizlik illik artımı mütləq mənada 620 milyard dollarlıq əlavə dəyərin yaranması deməkdir. ABŞ ÜDM-nin 1 rübdəki artım tempinin saxlayacağı halda, bu dövlətin yalnız artımdan əldə etdiyi dəyər Azərbaycanın 2018-ci il üçün illik ÜDM-dən 13 dəfə çox olacaq.
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycanda 2019-cu ilin yanvar-aprel aylarında ÜDM 2018-сi ilin yanvar-aprel aylarına nisbətən 2,1 faiz artıb. Azərbaycanda ötən il 46 milyard 939 milyon dollarlıq ÜDM istehsal olunub. Bu göstərici 2014-cü ildəki ÜDM-dən (75 milyard 659 dollar) 28 milyard 720 milyon dollar aşağıdır. Bu o deməkdir ki, 2014-cü illə müqayisədə itirilmiş ÜDM-i bu templə 23,5 ilə bərpa edə biləcəyik.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir