Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq edən şəxsi saxladığını bildirir.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti Bahram Hasanzadanı dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlayıb.
Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsində Azərbaycan Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə Hasanzada barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplayıb, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.
Hazırda araşdırmalar davam etdirilir.
Xəbərdə Bahram Hasanzadanın hansı ölkənin vətəndaşı olduğu və hansı ölkənin xeyrinə casusluq etdiyi barədə məlumat verilmir.