27 sentyabr 2018 il tarixində Mədəni İnkişaf və Dialoq İctimai Birliyi Bakı şəhəri Yasamal rayonunda yerləşən 2 saylı Bakı Baza Tibb Kollecinin böyük akt zalında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə həyata keçirilən “Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində seminar – treninq keçirib.
Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub və maarifləndirici xarakter daşıyırdı. Tədbirdə kollecin müəllim və tələbə kollektivinin 150-dən çox nümayəndəsi iştirak edib. Tədbiri giriş sözü ilə kollecin direktoru, xanım Dilarə Məmmədəliyeva açmış və mövzunun actual olduğunu vurğulamış və aparıcıları iştirakçılara təqdim edib. Sonra söz, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadəyə verilib. O, iştirakçılara seminarın məqsədini izah etmiş və “Cümhuriyyət dövründən I vitse prezidentliyə gələn yol” mövzusunda çıxış edib. Məruzəçi dövlət və dövlətçiliyi əks etdirən mərasimlər, ənənələr və tədbirlərin, o cümlədən: gerb, himn, bayraq, rəsmi geyim, ölkənin həyatındakı müəyyən hadisələrlə bağlı rəsmi bayram, faciə günləri və s. halların dövlətçilik mədəniyyətinin ifadəsi oluğunu vurğulayıb.
Respublikamızın Azərbaycan Xalq Cumhuriyyəti(AXC) dövründən bu günə kimi keçdiyi təkamül yolundan bəhs edib. Mövzunun davamı olaraq digər aparıcı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Seçki mədəniyyəti” ilə bağlı çıxış etmiş və Azərbaycanda AXC dövründən başlamış müasir zamana qədərki vaxt ərzində cəmiyyətdə seçki mədəniyyətinin və fərdlərarası münasibətlərin formalaşmasından danışıb. Tədbir müzakirələrlə davam etdirilib.