Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Bakının qurtuluşunun 100 ili tamamlanır

Bu gün, sentyabrın 15-də Bakının işğalçı erməni- daşnak və bolşevik birləşmələrindən qurtuluşunun 100 illiyi tamam olur.

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun əsgərləri şəhəri işğaldan azad etdilər.

Bundan iki gün sonra isə Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü.

Beləliklə, bu qələbə ilə müstəqilliyini təmin edən Azərbaycanda erməni-daşnak və bolşevik birlikləri darmadağın edildi.

Bakının işğaldan azad olunmasının100 illiyi münasibətilə 2018-ci il sentyabrın 15-də “Azadlıq” meydanında parad keçiriləcək, axşam isə konsert olacaq.

Artıq ilk olaraq Bakının küçələrindən ilk süravi dəstə keçib.

1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan etsə də, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-daşnak və bolşevik işğalı altında idi.

Azərbaycanın öz ərazi bütövlüyünü öz gücünə təmin etmək imkanları isə yüksək deyildi.

Belə bir şəraitdə Osmanlı imperiyası Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi və 1918-ci ilin avqust-sentyabr aylarında İslam Qafqaz Ordusu öz tarixi vəzifəsini yerinə yetirərək Bakını azad etdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir