Sentyabrın 15-də axşam saatlarından sentyabrın 15-i səhərə qədər erməni qoşunları Tovuz, Tərtər və Ağdam istiqamətlərində yaşayış məntəqələrinə atəş açıblar, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Atəş açılarkən artilleriyadan da istifadə olunub. Düşmən Tovuz rayonunun Muncuqlu, Koxanəbi, Əsrik Cırdaxan və Qaralar kəndlərində Azərbaycan ordusunun mövqelərini və mülki obyektləri atəşə məruz qoyub.
Xəsarət alan olmayıb, amma vətəndaşların evlərinə və əmlakına, həmçinin mülki infrastruktura ziyan dəyib.
Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmənin fəallığı yatırılıb, deyə məlumatda bildirilir.
Qeyd edək ki, Ermənistan tərəfi öz növbəsində Azərbaycanı Ermənistanın dinc kəndlərinə atəş açmaqda ittiham edib.