Çexiya Gənclər Liqasında 4-cü turun görüşləri keçirilib.
Qol.az-ın xəbərinə görə, Fərid Nəbiyevin çıxış etdiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası evdə “Pribram” ilə qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
U-21 millimizin üzvü “Slaviya”nın yeganə qolunu vurub.
Qeyd edək ki, 19 yaşlı futbolçu bu mövsüm 3 qol vurub və 3 məhsuldar ötürmə edib.