Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar Gündəm

İlqar Məmmədov azadlığa buraxıldı (Video)

Bu gün Şəki Apellyasiya Məhkəməsi REAL Partiyasının lideri İlqar Məmmədovu şərti azadlığa buraxıb.

Məhkəmə cəza müddətinin qalan hissəsinin 2 il sınaq müddəti ilə əvəzlənməsi və ölkədən çıxışına qadağa qoyulması ilə şərti cəza barədə qərar qəbul edib.

Xatırladaq ki, ölkənin “baş” siyasi məhbusu İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunaraq 7 il azadlıqdan məhrum edilmişdi.

Avropa məhkəməsi onun həbsinin qanunsuz olması barədə iki qərar qəbul etsə də hakimiyyət indiyədək bu qərarları icra etməmişdi.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir