Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Prokuroqluda jurnalistə xəbərdarlıq edilib (YENİLƏNİB)

Jurnalist Anar Məmmədov bu gün, iyulun 24-də yenidən prokurorluğa çağırılıb.

Bu haqda Turan-a jurnalistin özü bildirib.

A.Məmmədov Baki şəhər Prokurorlugunda müstıntiq Cavid Abasovun qəbulunda olub. Ona Gəncə olayları ilə bağlı bəzi saytlara açılan cinayət işinin istintaqı ilə bağlı məlumatların yayılmasına görə irad bildirilib.

İltizamı alınan jurnalistə istintaq sirlərini yaymaması ilə bağlı xəbərdarlıq edilib.

A.Məmmədov bundan öncə də bir neçə dəfə Baki şəhər Prokurorlugunda dindirilib. Dindirmə jurnalistin rəhbərlik etdiyi criminalaz.com saytında Gəncə olayları ilə bağlı yayılan məqalələrə görə, açılmış cinayət işinə görədir.

A.Məmmədov indiyədək prokurorluqda 50 saat dindirildiyini açıqlayıb.

Baş Prokurorluğun məlumatına görə, iyulun 3-də Gəncədə icra başçısı və polis əməkdaşına sui-qəsdlə bağlı bəzi media orqanlarında həqiqətəuyğun olmayan, təxribat xarakterli informasiyalar yayılıb. Fakt üzrə CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələriylə cinayət işi başlanıb.

Prokurorluq bastainfo.comcriminalaz.comtopxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Bundan sonra həmin saytların rəhbər və əməkdaşları ardıcıl bir neçə gün prokurorluğa çağrılaraq, axşama qədər dindirilib. A.Məmmədov deyir ki, ötən həftə prokurorluqda bir neçə gün ərzində ümumilikdə 50 saat dindirilib.

Ardından bu cinayət işi üzrə istintaqa daha iki sayt – gununsesi.info və teref.info da cəlb edildi, adları çəkilən internet resurslarına ölkə daxilində giriş məhdudlaşdırıldı.

Gununsesi.info-nun rəhbəri Pərviz Həşimli bildirib ki, o da prokurorluqda dindirilib, telefonu və kompüteri alınıb.

* * *

2018 İyul 24 (Çərşənbə axşamı) 23:43:37

Jurnalist prokurorluğa çağırılıb

Bakı/24.07.18/Turan: Criminalaz.com saytının redaktoru Anar Məmmədov yenidən prokurorluğa çağırılıb. Jurnalistin Turan-a verdiyi məlumata görə, Baki Şəhər Prokurorlugundan ona telefon edərək bu gün saat 15:00-da prokurorluqda olmasını istəyiblər.

Jurnalistə çağırışın səbəbləri haqda detallı bilgi verilməyib. Lakin A.Məmmədov bundan öncə də bir neçə dəfə Baki Şəhər Prokurorlugunda dindirilib. Dindirmə jurnalistin rəhbərlik etdiyi criminalaz.com saytında Gəncə olayları ilə bağlı yayılan məqalələrə görə açılmış cinayət işilə bağlıdır.

A.Məmmədov indiyədək prokurorluqda 50 saat dindirildiyini bildirib.

Xatırladaq ki, Baş Prokurorluğun təşəbbüsü il Gəncə hadisələri ilə əlaqədar bastainfo.comcriminalaz.comtopxeber.az və fia.az saytları bloklanıb.

Bir neçə gün sonra gununsesi.info və teref.info saytlarına giriş məhdudlaşıb. Gununsesi.info saytının redaktoru Pərviz Həşimlinin telefonu və kompüteri götürülüb.

Fəallar sözügedən faktları söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndiriblər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir