Yenifakt.info

Müstəqil xəbərlər portalı

Mədəniyyət

Tanrının yadından çıxıb qalmışam – Yadigar Təvəkkül

Həsrətin öldürür məni

Yenə dənizdədir, coşub ürəyim,
Dənizlə bir yerdə daşıb ürəyim,
Necə tufanlardan aşıb ürəyim
Bir sənin həsrətin öldürür məni.

Doluya dönürsən , dözüb dururam,
Yağışa dönürsən bulud oluram
Neçə ürək qırıb, boyun bururam,
Tək sənin həsrətin öldürür məni.

Dolursan gözümə yaşım olursan ,
Baharlı günümdə qışım olursan,
Ölürəm sinəmdə daşım olursan,
Tək sənin həsrətin öldürür məni

Düşmüsən qanıma xəstən olmuşam ,
Şeirin olmuşam, bəstən olmuşam,
Elə bil ömrümdə qəsdən olmusan,
Tək sənin həsrətin öldürür məni .

Dalğanı qarşımda oynadıb durma
Dibində fırtınanın olaram bir gün
Altını üstünü qatıb gedərəm
Gözünun yaşına dolaram bir gün

Çırpılarsan sahilinə boş yerə
Əlin yetməz ünün çatmaz bir kəsə
Ürəyində çağlayaram gün gələr
Ləpələrin sənlə verər səs-səsə

Məni dalğasına cəkən dənizin
Xəbəri yoxdur ki, fırtınasıyam
Sevgi yollarımı tutan dənizin
Nə bilsin mən eşqin toy xınasıyam

Bir fırtına qopa bir tufan qopa ,
Alıb yer üzündən apara səni .
Qəfildən könlünü məhəbbət tapa,
Özünü özündən qopara səni .

Xəbərin olmaya eşqə düşəsən ,
Alışıb yanasan günəşlə birgə .
Elə bir məhəbbət yaşayasan ki,
Ömrünə düşməyə bir daha kölgə .

Ürəyin döyünə, ruhun alışa,
Buludlar sevincdən göz yaşı tökə .
Eşqin vüsalına başın qarışa,
Həsrətin qəddini ikiyə bükə.

Yuxuymuş deyələr inanmayasan,
Könlünü bir alov yandıra yenə.
İçində bir həsrət diskinə qəfil,
Ayılıb görəsən yuxuymuş elə.

Mən elə bilirdim yaşıl çəmənə
Güllərin üstünə düşən jaləyəm
Gözlərdən asılı yalançı baxış
Ayın yaxasında yanan haləyəm

Mən elə bilirdim ulduzlu aylı
Aydınlı gecənin bir yuxusuyam
Dan yerin qoy söksün qoca təbiət
Mən də hər şəhərin bir qoxusuyam.

Mən elə bilirdim sevgi dadının,
Şəkəri, nabatı, dadı, duzuyam,
Hardan biləydim ki, həsrət adının,
Ovcuna qısılan qəm ulduzuyam.

Mən elə bilirdim bexti, taleyi,
qədəri gül acan insani mənəm.
Ovuda bilmedim zalim fələyi,
Sanir ki, taleyin yazani mənəm.

***

Tanrının yadından çıxıb qalmışam

Könlümə o qədər yüklədim dərdi,
İndi ürəyimin gücü də yetmir .
Bilmirəm hayanda ilişib qalıb ,
Ayağım bir addım irəli getmir.

Sol hissemin dünya boyda yükü var,
Sağ hissemi dərdə tərəf əymisən,
Dünyanin dərdini,qəmini Allah,
Yoxsa vəzifək ,məne vermisen.

Əlim gözlərimin möhtaci olub,
Ürəyin yükünü ağlim ötürmür.
Göylərin yükü var çiyinlərimdə,
Ayagim yer üzün daha götürmür.

Tanrinin yadindan cixib qalmişam,
Dünyanin dərd adli bir yaxasinda
Ele bil əzəldən itib,batmişam,
Heyatin toz basmiş bir çuxasinda.

***

Gələcəm yuxuna qəfildən sənin
Gəlib yuxunu da çalıb gedəcəm
O ötən günlərin xatirəsini
Zindan ürəyindən alıb gedəcəm.

Gələcəm yuxuna xəyallar kimi ,
Yuxuna xəyal tək doğulacağam
Dolacam qəlbinə suallar kimi ,
Bəlkə də yuxunda boğulacağam

Gələcəm yuxuna cəzan olacam,
Qəlbin əllərində qıvrılacaqsan
Hər gün həyatında qəzan olacam
Həsrət ağrısıyla yoğrulacaqsan

Gələcəm yuxuna yaz yağışı tək,
Bulud ağlayacaq göylər dinəcək.
Uzundə toplanan hər tər damlası
Oyan ayrılığın gəlib deyəcək .

Gələcəm yuxuna səndən xəbərsiz
Gəlib yuxunu da qarşdıracam
O zindan qəlbində, o daş qəlbində
Gəlib həsrətimi alışdıracam.

Edama gedirəm öz ayağımla
İntihar kəndiri məni gözləyir
Gözümdə dünyanın gözəllikləri
Könlümdə ürəyim ayrı söz deyir

Cəzanı özümə özüm kəsmişəm
Onsuzda hər günüm ağrı acıdır
Ömrümdə bir dəfə ağac əkmişəm
O da çiçək almaz, dar ağacıdır

Bəhərsiz ağacdır,əksən də bitməz ,
Günahlar daşıyar bitdiyi yerə.
Hər bağban bağında əkib, göyərtməz,
Əkdisə ağaca gərək qan verə .

Edama gedirəm əlimdə qəlbim
Mən dünya bağından qəm kədər dərdim

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir