Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Hulusi Akar necə girov götürülməsindən danışdı

Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar iyulun 15-də baş verən hadisələr və necə girov götürülməsindən danışıb.
 Türkiyə parlamentinin fövqəladə toplantısına qatılan H.Akar parlament sədri, baş nazir, MHP və CHP liderləri ilə 40 dəqiqəlik görüş zamanı olanları xırdalığına qədər danışıb və özünə yaxın olan zabit heyəti tərəfindən girov götürüldüyünü deyib.
NTV-nin məlumatına görə, hərbi çevrilişə cəhd edənlər ona çevriliş haqqında bəyanatı imzalatmaq istəyiblər. Hətta “bunu imzalasanız həyatınız təhlükədə olmaz” deyə xəbərdarlıq da edilib.
Yanındakı komandirlər ilə birlikdə Ankaradakı hərbi bazaya gətirilən H.Akar və digər rütbəlilər ayrı-ayrı otaqlarda saxlanılıblar. Hərbçilərə uzun müddət yemək və su verilməyib.
H.Akar ona silah çəkdiklərini, müqavimət göstərməyə çalışanda isə dava düşdüyünü deyib. Boynundakı göyərti izləri də də bu zaman olub.
Toplantıda boğazı kəsilərək öldürülən əsgər də gündəmə gəlib. CHP lideri Kamal Kılıçdaroğlu dini işlər üzrə nazir Mehmet Görmezdən məsələ ilə bağlı açıqlama tələb edib.(Virtualaz.org)

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir