Yenifakt.info

Müstəqil xəbərlər portalı

Cəmiyyət

Mütaliə mədəniyyəti təbliğ olunacaq

“Kiçik Dünya” uşaqların maarifləndirilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mütaliə mədəniyyətinin təbliğində ictimaiyyətin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili” layihəsinə start verib. 

Layihə barəsində məlumat verən təşkilatın icraçı direktoru Gülzar İbrahimova deyib ki, layihə Məktəblilər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsindən bəhs edir: “Layhənin məqsədi Azərbaycanda mütaliə mədəniyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlərə dəstək olmaq, gənc və yeniyetmələr arasında mütaliə mədəniyyətini təbliğ etməkdir”. G.İbrahimova onu da bildirib ki, 3 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində Bakı şəhərində kitabxanalarında oxucu fəallığı öyrəniləcək. Bununla yanaşı Bakının 2 məktəbində maarifləndirmə ilə bağlı tədbirlər həyata keçiriləcək: “Bu istiqamətdə görülən işlərin KİV-lərdə mütamadi yayımı həyata keçiriləcək; Bakıda fəaliyyət göstərən uşaq baxçalarında 200 ədəd “SEHİRLİ DÜNYA” jurnalı çap olunaraq paylanılacaq”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir