Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

“Dövlət büdcəsinə 70 min dollar ziyan vurulub”

Səhiyyə Nazirliyindəki mənbə ciddi maxinasiyalar barədə şok məlumatlar yaydı

Əmək və Əhalinin Sisoal Müdafiə Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez Ortepedik Bərpa Mərkəzi maxinasiya ilə məşğuldur. Səhiyyə Nazirliyində olan mənbənin qəzetimizə verdiyi məlumata görə, 2017 iyin ayında etibarən qurum Rusiya Federasiyasında fəaliyyət göstərən fərdi sahibkarda Phonak eşitmə aparatları almağa başlayıb. Onlar bu aparatların alınması üçün 139.135 dollar dövlət vəsaiti ödəyiblər. Mənbəmiz məsələ ilə bağlı şəxsi araşdırma aparmaq qərarına gəlib və həmin aparatların Bakıda satıldığı mərkəzdəki qiymətləri öyrənib. Bundan sonra məlum oldu ki, aparılan 139.135 dollarlıq əməliyyat zamanı dövlət büdcəsinə 70 min dollar ziyan vurulub. Mənbənin bildirdiyinə görə Phonek  şirkətin Azərbaycanda rəsmi dilleri var adı da Medex MMC amma bu oyunbazlar   aparatları rəsmi dillerdən yox, ondan iki dəfə baha qiymətə Rusiyadakı fərdi sahibkardan alırlar. Bildindiyi kimi bu pulları təşkilata dövlət büdcəsi tərəfindən ödənilir.  “Phonak” aparatlarını alan dövlət qurumu ikinci maxinasiyasını isə onları eşitmə məhdudiyyətli insanlarımıza verən zaman edir. Qanuna görə bu aparatlar insanlara pulsuz verilməli olduğu halda dövlət qurumu aparatları insanlara pulla satırdı. Başqa bir qanunsuzluq isə,  Təşkilatın Azərbaycana normadan çox qulaq apatratlarının gətirilməsi ilə bağlıdır. Belə ki, Onlar dövlət büdcəsi hesabına aldıqları aparatların bir qisimini özlərinin xüsusi dükanlarına verərək orada sattdırırdılar.  Qəzetimiz məsələ ilə əlaqədar olaraq  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxlamağa cəhd göstərdi. Nazirliyin nümayədnələri bizim heç bir sualımızı dinləmədən bildirdiliər ki, məsələ ilə bağlı nazirliyə yazılı sorğu göndərək, biz nazirliyə 12 gün öncə sorğu göndərsək də hələ də sorğumuza cavab ala bilməmişik. Məsələ ilə bağlı Nazirlik sorğumuzu cavab verdikdən sonra həmin cavabı nəzərinizə çatdıracağıq.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir