Tədbir təşkilatçılarının bildirdiyinə görə, seminar oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılmasına diqqət çəkmək və maarifləndirmə işlərinə medianı cəlb etmək məqsədi daşıyır. Seminarda bu mövzuda yazılmış müəllif yazıları müzakirrə edilib, təcrübəli təlimçilərlə fikir mübadiləsi aparılıb.
Seminarın yekunu olaraq iyun ayında təlimdə iştirak etmiş jurnalistlər üçün müsabiqə təşkil olunacaq . Ən yaxşı yazı, foto və ya video materialın qalibi Türkiyədəki böyük media holdinqlərdən birinə 3 günlük təcrübəyə göndəriləcək.