Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib

Azərbaycan Televiziyasının Mədəniyyət Kanalı, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə konsert keçirilib.
Trend-in məlumatına görə, Azərbaycan Milli Konservatoriyasının və İncəsənət Gimnaziyasının tələbələrinin iştirakı ilə keçirilən tədbirin əvvəlində Mədəniyyət Kanalının direktoru Ramil Qasımov və Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və konsertin mahiyyəti barədə məlumat veriblər.
Qeyd edilib ki, Prezidentin sərəncamı ilə 2018-ci il Azərbaycanda Xalq Cümhriyyəti ili elan olunub. Bu münasibətlə bütün dövlət idarələrində, mədəniyyət və təhsil müəssisələrində silsilə tədbirlər keçirilir. Bütün sahələrdə olduğu kimi, incəsənət sahəsində də isdedadlı gənclər yetişir və keçirilən tədbirlər həm də belə gənclərin üzə çıxarılmasında və tanıdılmasında əhəmiyyətli rol oynayır.
Konsertdə tanınmış mədəniyyət və ictimai xadimlər – Prezident Adminstrasiyasının Humanitar Siyasət Məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, xalq artistləri Arif Babayev, Murad Hüseynov, Azər Zeynalov, Azərbaycan Milli Konservatoriyasının professor müəllim heyəti və digərləri iştirak ediblər.
Konsertin proqramına Azərbaycan və Qərb bəstəkarlarının əsərləri daxil edilib. Konsert proqramı Azərbaycan Televiziyasının Mədəniyyət kanalı tərəfindən lentə alınıb.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir