“The Daily Mail”: ”Azərbaycanda krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik”
”The Daily Mail”in sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı ”üçüncü ölkələr” sırasına aid edib
Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir. Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Daily Mail” nəşri ekspertlərə istinadən yazır.
Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.
Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı “üçüncü ölkələr” sırasına aid edib. “Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik”, – deyə ekspertlər qeyd edib.
Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən “Hepatit A”-ya yola aça bilər.
Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir.