Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Bakıda nazirlik qarşısında etiraz aksiyası oldu

aksiyaBu gün bir qrup şəxs ünvanlı sosial yardım ala bilməməsini əsas gətirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

ANS-nin məlumatına görə, onlar etirazlarını avtomobillərin hərəkətinə mane olmaqla bildirmək istəsə də, polis əməkdaşları bunun qarşısını alıb.

Müxtəlif bölgələrdən gələn şəxslərin şikayətlərinin əsas səbəbi yeni sistem – ünvanlı sosial yardımın elektron yolla ayrılması olub.

Şikayətçilər bildiriblər ki, artıq iki aydır yardımlarını ala bilmirlər. Yeni sistem onlayn şəkildə aparıldığından və bundan anlayışları olmadığı üçün bu yenilikdən yararlanmaqda da çətinlik çəkirlər.

Nazirliyin rəsmisi Elman Babayev bildirib ki, şikayətçilərin əksəriyyətinin yeni sistemdən anlayışı yoxdur.

Bu sistemdə əsas məqsəd şəfafflığı təmin etmək və vətəndaşlara daha keyfiyyətli xidmət göstərməkdir. Əgər ünvanlı sosial yardım alan şəxs bu yardımdan məhrum olubsa, o, poçt vasitəsilə yenidən nazirliyə müraciət edə bilər.

“Bəzən vətəndaşlar öz gəlirləri barədə düzgün məlumat vermirlər. Bu zaman dərhal imtina cavabı verilir. İmtinanın səbəbi barədə həmin şəxs məlumatları daxil etdiyi yerdən – şəxsi kabinetindən ala bilər. Yəni orada ətraflı şəkildə hansı səbəbdən imtina cavabı verildiyi barədə izahat verilir”, – deyə o bildirib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir