Yenifakt.info

Müstəqil xəbərlər portalı

Hadisə

Fransada Azərbaycan vətəndaşı güllələnib

Bu gün səhər Fransanın Tuluza şəhərində Azərbaycan vətəndaşı Rəhim Namazov güllələnib. Atəş açılarkən onun həyat yoldaşı və uşağı da yaralanıb, xəbəri Fransa KİV-ləri yayıb.

Fransa hakimiyyətinin məlumatına görə, Namazov Azərbaycanlı mühacirdir, o, 2010-cu ildə özünü jurnalist kimi təqdim edərək, sığınacaq alıb.

Onun sözlərinə görə, o, “Əlillər” və “Hakimiyyət” qəzetlərində işləyib, korrupsiyanı və saxtakarlıqları ifşa edib.

Amma bu şəxs jurnalistlər arasında tanınmır və Youtube-da videomüsahibədən göründüyü qədər, mətbuatdan kifayət qədər uzaq insandır.

Bəzi məlumatlara görə, onun Azərbaycanda fırıldaqçılıq maddələri ilə üç məhkumluğu olub.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir