Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

“NƏZARƏT ÜÇÜN MTN ZABITLƏRİNİ YANINIZA YERLƏŞDİRİRLƏR”

 

arif

“Bu gün sizin peşə bayramınızdır və son iki ildə sizi bu hakimiyyət nə təbrik edir nədə ki bayramınız münasibəti ilə bir tədbir keçirir. Bilirəm ki, Binəqədi yanğınından sonra mənə dəstək olduğunuza görə hakimiyyət bir coxlarınızı cəzalandırıb və ümumilikdə diplomatlardan üz döndərib, sizlərə inamını itirib”.. Keçmiş səfir statusunda hökuməti tənqid edib. Həmin statusu təqdim edirik:

Bu hakimiyyətin məqsədi diplomatların savad və biliklərindən istifadə edib, beynəlxalq səviyyədə uğurlar qazanmaq deyil, sızləri bu sistemin gullları etməkdir. Ona görə də hər bir Səfirlikdə hakimiyyət sizləri nəzarət etmək üçün MTN-in zabitlərini yerləşdirir. Bilirəm kı, diplomatların əksəriyyəti savadlı və vətənlərini, dogma Azərbaycanımızı dərindən istəyən və sevən insanlardı. İnanıram kı yaxınlarda ölkəmizdə ciddi dəyişiklər olacaq və siz Vətən qarşısında şərəflı vəzifələrinizi əyilərək və alçalaraq yox, qürur,ləyaqət və iftixarla icra edəcəksiniz.

Buna heç kəsin şübhəsi olmasın.
Bir daha sizləri təbrik edirəm.

Sizlərlə hər zaman fəxr edirəm,

Sizlərin Səfiriniz,

Arif Zahid oğlu Məmmədov

A3ARİF2

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir