Dünən prezident İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Olimpiya Kompleksinin tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.9.11-ci yarımbəndində göstərilmiş məbləğin 16,5 milyon (təxminən 10 mln. dollar) manatı Gənclər və İdman Nazirliyinə ayrılıb.
2000-ci ildən bu günə qədər ötən dövr ərzində idmanın inkişafı məqsədilə Bakıda və regionlarında 30-dan çox idman kompleksi tikilib. Bununla belə, Olimpiya oyunlarında Azərbaycan komandalarının yarısını əvvəlki kimi başqa dövlətlərdən gətirilmiş legionerlər təşkil edir.