Qazax rayonu İkinci Şıxlı kəndində maraqlı hadisə baş verib.
Media-fakt.info Avropa.info-ya istinadla xəbər verir ki, İkinci Şıxlı kəndi 1 nömrəli uşaq baxçasının müdirəsi Sədaqət Rəsulova və Turan adlı müəllimə işdən azad ediliblər.
Fevralın 27-də S.Rəsulovanın yerinə həmin bağçada xadimə işləyən Məhəbbət adlı xanım təyin edilib. O da öz növbəsində Turan müəllimənin yerinə öz gəlinini işə götürüb.
Məlumata görə, xadimə Qazaxın icra başçısının müavini Gülayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib.
G.Həsənova xəbəri təsdiqləyərək yeni bağça müdirəsinin tibb texnikumunu bitirdiyini, bu səbəbdən də onun bağça müdirəsi təyin edilməsində heç bir problemin olmadığı deyib.