Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

«Rusiya bazarlarına bağlanan ümidlər puç olub»

nemet-eliyev1«Rusiya bazarlarına bağlanan ümidlər puç olub. Son 3 ildə bu ölkə ilə ticarətdən itkilərimiz sürətlə böyüyüb».

Bunu iqtisadçı-ekspert Nemət Əliyevbildirir.

Onun deməsinə görə, Azərbaycan Rusiya bazarlarına bu ilin yanvar-may aylarında cəmi 130 milyon dollarlıq mal sata bilib:

«Halbuki həmin dövrdə dəfələrlə kiçik olan Azərbaycan bazarlarına Rusiya 610 milyon dollarlıq malını sata bilib. Odur ki, Rusiya ilə 5 aylıq ticarətdən 480 milyon dollar həcmində valyuta itkimiz yaranıb. 2013, 2014 və 2015-cü illərin yanvar-mayında Rusiya bazarlarına uyğun olaraq 540 milyon, 240 milyon və 140 milyon dollarlıq mal satmışdıq»

Nemət Əliyev bildirir ki, son 3 ildə Rusiya bazarlarına mal satışının həcmi 4 dəfə azalıb. Nəticədə bu ölkə ilə ticarətdən Azərbaycanın valyuta itkiləri 6 dəfə artıb.

«Qarşılıqlı ticarət əlaqələrindən irəli düşən Rusiya olub»

«Bu il MDB ölkələri ilə 5 aylıq ticarətdən valyuta itkilərimiz 555 milyon dollar olub. Bunun da 86 faizindən çoxu Rusiya ilə ticarətin payına düşüb» – deyə iqtisadçı bildirir.

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir