DTX iki sərhədçini və bir XİN işçisini rüşvətə görə həbs edib (VİDEO)
İki sərhədçi və XİN-in konsulluk xidmətinin bir əməkdaşı Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının Bakı Beynəlxalq Aeroportunda həyata keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıb.
DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, Sərhəd Xidməti ilə birgə əməliyyat-texniki tədbirlər zamanı Azərbaycan sərhədini keçərkən xarici vətəndaşlar üçün vizaların verilməsi zamanı rüşvət alınması faktları aşkar edilib.
Xüsusi xidmətlərin əməkdaşları vizaya görə rəsmi ödənişdən artıq pul alınmasını qeydə alıblar.
Yanvarın 26-da Bakı aeroportunda xüsusi əməliyyat zamanı XİN Konsulluq İdarəsinin beynəlxalq aeroportda viza şöbəsinin 3-cü katibi Elton Xəlilli saxlanılıb. O, viza verərkən rüşvət almaqda ittiham olunur.
Bundan başqa, DTX əməkdaşları Aeroportun Sərhəd Xidmətinin nəzarət-sərhəd idarəsinin işçilərini – baş leytenant Lətif Zeynalovu və gizir Zaur Qasımlını saxlayıblar. Onlar sərhəd nəzarəti prosedurunu həyata keçirərkən rüşvət almaqda ittiham olunurlar.
Əməliyyat tədbirləri zamanı xarici vətəndaşları təqsirləndirilən şəxslərə qarşı ifadə veriblər. Saxlanılanların üzərində axtarış zamanı müxtəlif xarici valyuta ilə böyük məbləğdə pul aşkar edilib.
DTX-nin Baş İstintaq İdarəsində araşdırma aparılır. -06D-