Yenifakt.info

Müstəqil xəbərlər portalı

Idman

“Qəbələ” klubundan “Qarabağ”ın oyunçusu haqda sərt bəyanat: “Məsuliyyətsizdir…”

“Qəbələ” klubu “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “31.12.2017-ci il tarixində “CBC Sport” telekanalının efirində “Qış nağılı” verilişi yayımlanıb. Verilişin qonaqlarından biri milli komandamızın və “Qarabağ” Futbol Klubunun üzvü Mahir Mədətov olub. Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla futbolçular arasında olan dialoqu seçib və bunu özünəməxsus şəkildə təqdim edib.

“Qəbələ” İdman Klubu futbolçunun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır.

Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, “Qarabağ” klubunun gənc futbolçusu haqqında ölçü götürməsini, Mahir Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” klubundan və Qriqorçukdan üzr istəməsini gözləyirik”.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir