Yenifakt.info

Müstəqil xəbərlər portalı

Year: 2018

Fransa mətbuatı Azərbaycandakı saxta seçkilərdən və korrupsiyadan yazdı

Fransanın mәhşur Frans Press nәşri Azərbaycandakı saxta seçkilərdən və korrupsiyadan yazdı. Əliyevin seçki qələbəsi neft-dollarların davamlı axını ilə güclənmiş avtoritar rejimə müxtəlif təzyiqlərlə zəiflədilmiş müxalifətin ciddi bir meydan oxuya bilməməsinin öngörülmüş nəticəsi kimi görünür. Ciddi nəzarət altında olan Qafqaz xalqının…

Bakıda tikilməkdə olan yaşayış binası yanır – VİDEO

Bakıda tikilməkdə olan hündürmərtəbəli yaşayış binası yanır. APA-nın məlumatına görə, bu barədə sosial şəbəkədə xəbər yayılıb. Görüntülərdə binada yaşayışın olmadığı görünür. Bina “Bolluq bazarı”nın yaxınlığında yerləşir. Hadisə yerinə yanğınsöndürənlər briqadası cəlb olunub. Yanğının söndürülməsi üçün iş görülür.

Rusiya hərbi gəmiləri Suriyadakı bazanı tərk edib

Rusiya Suriyanın Tartus dəniz limanından hərbi gəmilərini çıxarır. “Report” Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı bildirib. Onun sözlərinə görə, gəmilərin təhlükəsizliklərini təmin etmək məqsədi ilə onlar Rusiyanın Tartus limanındakı hərbi bazasını tərk ediblər.

MTN polkovnikinin müdafiəsinə yeni vəkil qoşulub

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Azər Mehdiyevin vəkili Qubad Salayevin…

ATƏT/AŞPA: Azərbaycanda seçkilər demokratik normaların pozulması ilə keçirilib (YENİLƏNİB)

Azərbaycanda növbədənkənar prezident seçkiləri həqiqi demokratik seçki kampaniyası üçün vacib olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib. Bu barədə aprelin 12-də Bakıda keçirilən mətbuat konfransında ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər bildiriblər. Beynəlxalq missiyaya ATƏT-in qısamüddətli müşahidəçiləri,…

Səhiyyə Nazirliyinin qaynar xətti niyə işləmir?

“Dedim bəlkə başları seçkiyə qarışıb” Cəlilabad rayon sakini Pərviz Bayramlı azadliq.info-ya səhiyyə sistemində baş verən özbaşnalıq barədə məlumat verib. Onun bildirdiyinə görə 3 yaşlı oğlu Turan Bayramlı aprelin 10-da yüksək qızdırma nəticəsində bayılıb. Təcili rayon poliklnikasına gətirilən uşağa tibbi yardım…

MSK YEKUN NƏTİCƏLƏRİ AÇIQLADI – İkincilik kimə və niyə verildi? (Yenilənib)

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermənin nəticələri açıqlanıb. “AzPolitika”nın məlumatına görə, Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizinin sayılmasından sonra ortaya çıxan nəticələri elan edib. Prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev86,03% (3 397 664 səs)…

SMDTM: 11 aprel seçkiləri azad seçki standartlarına uyğun olmayıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) 11 aprel prezident seçkisinin bütün mərhələləri üzrə qiymətləndirmə aparıb. SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Seçkii günü müşahidəçilər 125 seçki dairəsi…

Sabaha olan hava PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında aprelin 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun…

Milli Şura seçkilərin nəticələrini tanımır

“11 aprel seçkiləri Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə və konstitusiyasına uyğun keçirilməyib. Azərbaycan xalqının iradəsini ifadə etmir, legitim deyil və Milli Şura onun nəticələrini tanımır” Milli Şuranın seçkinin nəticələri ilə bağlı yaydığı sənəddə belə yazılır (bəyanatın tam mətni). Müxalif birlik…