Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Noyabr 2016

Sərhəd keçid məntəqəsində qadınları təhqir edən gömrük işçisi işdən qovulub – Yenilənib

Gömrük postlarından birində ölkədə gələn Azərbaycan vətəndaşlarına qarşı kobudluq edən, qadın-kişi demədən onları söyən və bağlamalarını alıb yerə tullayan gömrük zabiti işdən qovulub. Bu barədə virtualaz.org-a Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, həmin gömrük zabitinin sərhəd-gömrük keçid məntəqəsində…

Akif Çovdarov vəkillərindən imtina etməsi barədə ərizəsini geri götürüb

Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarov iki vəkilindən – Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina ərizəsini geri götürüb. O bu qərarını noyabrın 17-də keçirilən məhkəmədə açıqlayıb. Akif Çovdarov və rəhbərlik etdiyi idarədə…

Komitə sədrinin qardaşı saxlanıldı

Nazim İbrahimov onu xilas edə biləcəkmi? Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə gün əvvəl Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılıb. Bu barədə İbrahimovlar ailəsinə yaxın mənbədən məlumat daxil olub….

Rusiya Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statusundan imtinası ilə bağlı sərəncam imzalayıb. Putinin sərəncamı noyabrın 15-də Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin Krımın işğalını beynəlxalq silahlı münaqişə ilə eyniləşdirilməsinə cavab sayılır. azadlıq.info

Əli Abbasovun aylıq xərci 300 min manat olub

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə sabiq nazir Əli Abbasov ibtidai istintaqa ifadə verib. İş üzrə şahid qismində dindirilən Əli Abbasov deyib ki, nazirliyin ayrı-ayrı subyektlərindən, eləcə də strukturuna daxil…

1300 işçi məcburi məzuniyyətə göndərilir

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin  “Bibiheybət” Gəmi Təmiri Zavodunun  işçiləri məcburi məzuniyyətə göndərilir. Bu barədə idarənin adının çəkilməsini istəməyən işçisi azadliq.info-ya məlumat verib. “Gəmi Təmir Zavodunun 1300-ə yaxın işçisini növbə ilə öz hesablarına məzuniyyətə göndərillir. Bunu iş olmaması ilə əlaqələndirirlər. Amma…

Şəkidə internat işçiləri 3 aydır maaş almır

Şəki şəhərindən azadliq.info-ya daxil olan məlumatda bildirilir ki, Qarışıq tipli internat məktəbində 30-a yaxın işçi 3 aydır ki, əmək haqlarını ala bilmir. Məsələ ilə bağlı əməkdaşımız Şəki Qarışıq tipli internat məktəbinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd edib. Şəki Qarısıq Tipli…

Həkimlər Seymur Həzini müayinə ediblər

”Analizin nəticəsində revmatizmin kəskinləşdiyi aşkarlanarsa, o, xüsusi müalicəyə cəlb olunacaq” “Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, həbsdə olan jurnalist Seymur Həzi səhhətindəki problemlərlə bağlı xəstəxanaya yerləşdirilmir. Jurnalistin xanımı Nigar Həzi Meydan TV-yə bildirib ki, 16 noyabrda yenidən yoldaşı ilə danışıb. O…

Azərbaycanın sığorta şirkəti müflis elan olundu

Azərbaycanın sığorta şirkəti müflis elan olunub. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli qərarı ilə “Alfa Sığorta” Acıq Səhmdar Cəmiyyətinin müflis elan edilməsi, iflas proseduruna başlanması qərara alınıb. Həmin məhkəmənin 12 oktyabr 2016-cı il tarixli qərarına əsasən…

Senator Makkeyndən Trampa sərt Rusiya xəbərdarlığı

Silahlı qüvvələrin işi üzrə senat komitəsinin sədri Con Makkeyn Moskvanın Suriyadakı fəaliyyəti ilə bağlı bəyanatla çıxış edib. “Vladimir Putin İdlib və Xolms əyalətlərinə kütləvi raket və hava zərbələrini bərpa edərək Bəşər Əsədin Suriya xalqına qarşı barbar müharibəsinə yenidən qoşulub. Tezliklə…