Yenifakt.info

Müstəqil xəbərlər portalı

Bütün kateqoriyalar

Akif Çovdarov vəkillərindən imtina etməsi barədə ərizəsini geri götürüb

covdarov-mehkeme2-e1477473158103-300x176Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarov iki vəkilindən – Kamandar Nəsibov və Sadiq Rəsulovdan imtina ərizəsini geri götürüb. O bu qərarını noyabrın 17-də keçirilən məhkəmədə açıqlayıb.

Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində çalışmış üç nəfərin – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun mühakiməsi davam edir. Bakı Hərbi Məhkəməsinin hakimləri bu işə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxırlar. Ötən məhkəmə iclasında vəkil Şahin Rəfiyev də Çovdarovun müdafiəsinə qoşulmuşdu. Hazırda onun hüquqlarını üç vəkil müdafiə edir.

Akif Çovdarov vəkillərindən imtinanı onların heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfinə şərait yaradılmaması ilə əsaslandırmışdı.

Məhkəmə davam edir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir