Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

Azərbaycan neftinin qiyməti 72 dollara qalxdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 11-də 71,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,59 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin…

Bakıda mənzillərin qiyməti bahalaşdı

2017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb. Media-fakt.info xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51…

Sosial-iqtisadi

Ləğv olunan bankın ipoteka portfeli 4 banka ötürülüb – siyahı

Ləğvetmə prosesində olan “Dəmirbank” ASC-nin ipoteka portfeli “Muğanbank”, “Günay Bank”, “Rabitəbank” və “NBC Bank” ASC-lərə ötürülüb. Bu barədə “APA-Economics”ə Azərbaycan İpoteka Fondundan məlumat verilib. “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli…

​Azərbaycan fındığı Afrikaya satılacaq

2018-ci ildə Azərbaycan Afrika və ərəb ölkələrinə fındıq ixracına başlamaq niyyətindədir. Muxalifet.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib. Onun sözlərinə görə, bu il Azərbaycan fındığının ümumilikdə 30 ölkəyə ixracı planlaşdırılır. Bu, əvvəlki…

Sementin qiyməti qaldırıldı

Markasından asılı olaraq “Holcim” sementinin kisəsinin qiyməti 30-50 qəpik bahalaşdırılıb. Yeni artırılmış qiymətlər Dekabrın 15-dən elan edilib. İddial edilir ki, yerli təchizatçıların qiymətləri qaldırması və işçilərin maaşlarının artırılmasını tələb etmələri qiymət artımını qaçılmaz edib. Azərbaycanın digər sement istehsalçıları da qiymətləri…

Polis iki “telefon terrorçusu”nu saxlayıb

Polis müxtəlif obyektlərə bomba qoyulması barədə yalan məlumat verən iki nəfəri aşkar edərək saxlayıb. Yanvarın 2-də saat 21:40-da naməlum şəxs DİN-in “102” saylı qaynar xəttinə telefon edərək Səbayel rayonundakı mehmanxanaların birinə bomba qoyulduğunu bildirib. Axtarış zamanı bomba tapılmayıb. Əməliyyat-axtarış tədbirləri…

Mərkəzi Bank Son Iki Gündə Banklardan Istədiyi Qədər Pul Cəlb Edə Bilməyib – Samir Əliyev Yazır

Cəlbedici şərtlərə rəğmən Mərkəzi Bank son iki gündə banklardan istədiyi qədər pul cəlb edə bilməyib. Dünən Bakı Fond Birjasında keçirilmiş hərracda 250 mln manat həcmində olan qısamüddətli notlara qarşı tələb 80 milyon manat olub. Notlar 27 gün olmaqla illik faiz…

Ölkəyə gətirilən maşınlara görə gömrük rüsumu artdı

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən bu gündən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum…

​SOCAR bu il neft hasilatını 2% azaldıb

Bu ilin yanvar-noyabr aylarında SOCAR 6 mln. 802,3 min ton neft hasil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 1,91% azdır. Media-fakt.info apa-ya istinadən xəbər verir ki, bu ilin noyabr ayında dövlət şirkəti tərəfindən 604 min ton neft…

Bayram günlərində banklar gücləndirilmiş iş rejimində çalışacaq

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 30 dekabr – 3 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Palatadan verilən xəbərə görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat…