“Yaxşı olacaq deyirlər, amma yaxşı olmur” – yeni fərman da köçkünləri tam qane etmir VİDEO

Ölkə başçısı İlham Əliyev qazlaşdırılmamış ərazilərdə, yataqxana və pansionatlarda yerləşmiş məcburi köçkünlərin komunal xərclərinin əvvəlki qaydada ödənilməsi ilə bağlı yeni fərman verib, amma bunun da məsələnin həlli istiqamətində müsbət nəticə verəcəyi gözlənilmir. Məcburi köçkünlərin bir qismi məskunlaşdıqları yerlərdə yaşayış şəraitinin pis olması səbəbəbindən, təbii qaz olsa da, yenə elektrik qızdırıcılarından istifadə etmək məcburiyyətində qaldıqlarını, nəticədə təkcə elektrikə yaranan borcun bütün komunal xərclərlə bərabər “çörək pulu”nu da yeydiyini, bəzən daha artıq çıxdığını deyirlər.
Xırdalan şəhərinə yaxın ərazidə yaşayan məcburi köçkünlər komunal xərclərin əvvəlki qaydada ödənilməsinin tərəfdarıdır. Eləcə də üzləşdikləri digər problemlərlə bağlı mətbuata müraciət ediblər. Əməkdaşımızin həmin ərazidən hazırladığı videoçəkilişi təqdim edirik.
azadliq.info