Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiya ordusundan ani qərar

Rusiya Federasiyası Müdafiə Nazirliyindən verilən açıqlamada rus ordusuna bağlı motatıcı birliklərin, tip batariyalarının, roket batariyalarının, əlavə olaraq Sankt Petersburq hava və dəniz qüvvələrinin savaşa ən yüksək səviyyədə hazır vəziyyətə gətirildiyi bildirilib. Açıqlamada birliklərin Rusiyanın Qərb bölgələrində hərbi manevr edəcəyi ifadə edilib. O da bildirilib ki, qərar ani olaraq verilib. Qeyd edək ki, Ukraynanın şərqində Rusiya tərəfdarı separatçı qruplarla hökumət qüvvələri arasındakı atışmalar son bir həftə ərzində gedərək şiddətlənib. Ukrayna hokuməti Rusiyanı Şərqi Ukraynada provakasiya yaradaraq Ukraynaya birbaşa hərbi müdaxilədə günahlandırır. Ukrayna tərəfi Şərqi Ukraynada Rusiya ordusuna məxsus 6 min əsgərin olduğunu və seoaratçı qüvvələrə kömək etdiyini qeyd edib.

azadliq.info

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir