Yenifakt.info

Müstəqil xəbərlər portalı

Dünya

Rusiyaya qarşı sanksiyalar uzadılır

avropa_birliyi-bina-bayraqAvropa Birliyinin elçiləri Ukraynanın ərazi bütövlüyünü pozmaqda suçladıqları 147 nəfərə və 37 quruma qarşı tətbiq olunan səhmlərin dondurulması və viza qadağalarını gələn həftə yenə uzatmağı planlaşdırırlar.

Avropa Birliyindən olan mənbənin Azadlıq Radiosuna verdiyi məlumata görə, görülən tədbirlərin daha 6 ay uzadılması qərarı müzakirəsiz qəbul olunacaq.

Sanksiyalar Krımdakı şirkətləri, Şərqi Ukraynada Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən formalaşan batalyonları, eləcə də baş nazirin müavini Dmitry Rogozin kimi rus siyasətçilərini, Kremlin təbliğatçısı hesab etdikləri kütləvi informasiya vasitəsinin aparıcısı Dmitry Kiselyovu hədəf alır.

Sanksiyalar ilk olaraq 2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasını işğal etməsi və özünə qanunsuz birləşdirməsindən sonra tətbiq olunub.

Avropa Birliyinin Rusiyanın energetika, hərbi və maliyyə sektorlarını hədəf alan sanksiyalarının isə 2017-ci il yanvarın 31-də yenilənəcəyi nəzərdə tutulur.

Avropa Birliyindən olan mənbə Azadlıq Radiosuna sözügedən sanksiyaların bu ilin oktyabr ayında keçiriləcək Avropa Birliyi liderlərinin Brussel sammitində müzakirə olunacağını deyib.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir