Yenifakt.info

Müstəqil xəbərlər portalı

Month: Sentyabr 2016

Vəkil Faiq Əmirli ilə görüşüb

Bu gün Bakı İstintaq Təcridxanasında vəkil Fəxrəddin Mehdiyev  Azadlıq qəzetinin maliyyə direktoru, AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli görüşüb. Onun ailə üzvləri vəkil Fəxrəddin Mehdiyevlə müqavilə bağlamışdı. Lakin məlum olmayan səbəblərdən vəkilə Faiq Əmirliylə görüş məktubu yubadılırdı. Vəkil azadliq.info-ya…

Azərbaycanda şagird özünü məktəb binasından atdı

Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib. Hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb. Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə isə onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin…

Nazirlik: Taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub

Azərbaycan prezidentinin 2015-ci il 21 dekabr tarixli “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” fərmanına və “Lisenziyalar və icazələr haqqında” 2016-cı il 15 mart tarixli qanuna əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin…

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa çıxdı

Bu gün Səbail rayon Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilib. Bu barədə Lent.az-a vəkil Cavad Cavadov məlumat verib. Vəkil bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və…

ABŞ səfirliyində siyasi məhbus müzakirəsi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru, hüquq müdafiəçisi Oqtay Gülalıyev ABŞ səfirliyinin Siyasi işlər üzrə müşaviri Uilyam Solleylə görüşüb. Görüşdə insan hüquqlarının vəziyyəti, siyasi məhbus problemi və digər məsələlər müzakirə olunub. Oqtay Gülalıyev ölkədə insan haqlarının kütləvi şəkildə tapdandığını qeyd…

Yasamalda məktəbli özünü asdı

Bakıda intihar hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında Yeni Yasamal, D. Bünyadzadə küçəsi 12, mənzil 178 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 16 yaşlı Taleh Atakişiyev özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. İlkin məlumata görə, intihar edən…

Bakıda tibb müəssisəsi 3 gündür işıqsız qalıb

Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 6 saylı şəhər poliklinikası 3 gündür işıqsız qalıb. Poliklinikanın baş həkiminin müavini Gülmira İbrahimova virtualaz.org saytına bildirib ki, sentyabrın 27-dən işıq yoxdur. Buna görə də, laboratoriya, ulstrasəs müayinəsi (USM), rentgen və diş kabinetlərinin fəaliyyəti…

Maliyyə Nazirliyi maaş və pensiyaların artacağı xəbərini təkzib etdi

“Gələn il əməkhaqqı, pensiya və müavinətlərin artırılacağı ilə bağlı bəzi kütləvi informasiya vasitələrində maliyyə naziri Samir Şərifova istinadən xəbərlər dərc olunur, ayrı-ayrı iqtisadçıların müxtəlif mülahizələrinə və şərhlərinə yer verilir”. Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, indiyə qədər qurum tərəfindən əməkhaqqı,…

Gürcü polisi Azərbaycanın məşhur şirkətinin hesabına həbs qoydu

Bakı-Tbilisi-Qars dəmiryolu lahiyəsinin Gürcüstanın  Axalkalaki bölgəsindən keçən hissəsini tikən Azərbaycanın “Azərinşaatservis” şirkətinin bank hesablarına həbs qoyulub. Gürcüstanın Maliyyə Polisinin 72 nəfərlik istintaq qrupu şirkətin Tbilisi ofisində araşdırmalara başlayıb. Bu barədə istiqlal.az-a Gürcüstandakı mənbələrdən məlumat daxil olub. Gürcüstanın Maliyyə Polisi Baş…

Cəmiyyət

Nazir direktoru işdən qovdu – Kollecin həyətində bina tikilirmiş+Fotolar

Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib. Mediafakt Təhsil Nazirliyinə istinadən xəbər verir ki, kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının…