Yenifakt.info

Müstəqil xəbərlər portalı

Xəbərlər

Dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı azadlığa çıxdı

a834abc09a68553e7609234ef5934df7Bu gün Səbail rayon Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən ilahiyyatçı Ceyhun Cəfərovun barəsində seçilən həbs-qətimkan tədbiri dəyişdirilib.

Bu barədə Lent.az-a vəkil Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına verilmə qərarı seçilib və Ceyhun Cəfərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ceyhun Cəfərova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. O, keçən il həbs edilmişdi.

Ceyhun Cəfərov SPACE telekanalında yayımlanmış “Həzrəti Yusif” filminin azərbaycan dilinə dublyaj olunmasının təşəbbüskarı və dublyaja rəhbərlik edənlərdən biri olub

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir