“Real Madrid” İngiltərənin “Çelsi” kollektivinin belçikalı yarımmüdafiəçisi Eden Azarın transferi üçün 120 milyon avro həcmində təklif hazırlayır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazıb.
Bundan əvvəl 26 yaşlı belçikalı futbolçunun atası “Le Soir” nəşrinə bildirib ki, Azar “Çelsi” ilə 2020-ci ildə başa çatacaq müqaviləsinin müddətini uzatmaqdan imtina edib.
Azar 2012-ci ildən “Çelsi”nin şərəfini qoruyur.