Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib.
Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxıb.
Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olub.
Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyük idi. “Canavarlar” 1/8 finala çıxmaq üçün qələbə qazanmalı idilər. Perottinin vurduğu yeganə qol meydan sahiblərinə qələbə gətirib.
Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.