ABŞ Səfirliyi, Beynəlxalq Rotari Klub və digər tərəfdaşlar plastik tullantılara qarşı bayram kampaniyasını başlatdılar
ABŞ-ın Azərbaycandakı Səfirliyinin keçən il 500-dən çox plastik butulkadan 3 metr yüksəklikdə ağac tikdiyini göstərən videonun uğurundan ruhlanaraq, ABŞ Səfirliyi və onun tərəfdaşları Beynəlxalq Rotari Club Bakı, Xəzər Rotari Klubu, Eko Bakı, Saritanın Ekoloji Yaradıcılığı, Azərbaycanda Amerika Ticarət Palatası, Avritel, Holiday Inn və IDEA bu gün, 5 dekabrda Park Bulvar AVM-də “yenidən istifadəni” rəmzləşdirərək istifadə olunmuş plastik şüşələrdən bayram ağacı ucaltdılar.
Ağac təkrar emala və plastik istehlaka dair məlumatlılığı artıracaq. “Yenidən istifadə” atılan obyektlərdən və ya materiallardan orijinaldan daha yüksək keyfiyyət və ya dəyərdə məhsul yaratmaq üçün yenidən istifadəni ehtiva edir. Ağac, 10 dekabr tarixində Rotari Klublarının Qış Bazarına qədər və tədbir müddətində nümayiş olunacaqdır.
Beynəlxalq Rotari Klubun Bakıdakı nümayəndəliyinin prezidenti Vassilios Sitaras qeyd etdi: “Biz ABŞ Səfirliyi və digər tərəfdaşlarla birgə plastik şüşələrdən istifadə edərək bayram ağacını qurmaqdan məmnunuq. Nəzərə alsaq ki, bu təşəbbüs bu ilki Qış Bazarının mövzusu ilə üst-üstə düşür, bu tədbirin daha çox insanı planetimize kömək edən fəaliyyətlərə cəlb edəcəyinə ümid edirik. ”
2015-ci ildə dünyada 322 milyon tondan çox plastik istehlak edilmişdir və bu rəqəm hər il artmaqdadır. Bu, ətraf mühit üçün əsas təhlükədir. Plastikdən istifadəni azaltmaq, onlardan təkrar istifadə etmək və onları təkrar emal etməklə böyük nəticəyə nail olmaq olar.