Yenifakt.info

Müstəqil xəbərlər portalı

Sosial-iqtisadi

TANAP üzrə sövdələşmə ilin sonunadək yekunlaşacaq

“SOCAR Turkey” ilin sonunadək Transanadolu boru kəməri (TANAP) layihəsində 7 faizlik iştirak payının əldə olunmasını yekunlaşdıracaq.
Trend.az-ın məlumatına görə, bunu şirkətin rəhbəri Zaur Qəhrəmanov deyib.
O qeyd edib ki, müəyyən ləngimələr hüquqi prosedurlarla əlaqədardır:
“Sövdələşmənin razılaşdırılması dövlət səviyyəsində aparılır, sonra səhmdarlar səviyyəsində olacaq. Bununla yanaşı, layihənin kreditorları xəbərdar edilməlidir. Yəni 20-dən çox institutun razılığı lazımdır. Razılaşdırma prosesi davam edir”.

 

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir