Yenifakt.info

Müstəqil xəbərlər portalı

Gündəm

Qəbələdə meşə yanğını kəndlərə tərəf keçib –Güclü külək yanğını söndürməyə imkan vermir

Qəbələ Meşə Mühafizəsi və Bərpası müəssisəsinin Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın çəkilmiş mineral şum zolaqlarının mövcudluğuna baxmayaraq, güclü külək nəticəsində həmin meşəbəyliyin Dandık, Sulquca kəndləri istiqamətinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, alovun qarşısını almaq üçün hadisə yerinə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əlavə qüvvələri və texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün ETSN və FHN-nin 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir