O, Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tuturmuş
Neftçala rayonunda 28 yaşlı balıqçı dənizdə boğulub.
Hadisə rayonun Yeniqışlaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayonun Həsənabad kənd sakini Təbriz Havasət oğlu Bağırov Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində balıq tutarkən suda boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri onun meyitinin tapılması istiqamətində axtarışları davam etdirir./report